AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə ikimərtəbəli avtobus qəzaya uğradı: 46 nəfər xəsarət aldı

  • + A
  • - A
  • Bu gün, 15:02

    Türkiyədə ikimərtəbəli avtobus qəzaya uğradı: 46 nəfər xəsarət aldı


    Türkiyədə ikimərtəbəli avtobus qəzaya uğradı: 46 nəfər xəsarət aldı

    Türkiyənin Amasya vilayətində ikimərtəbəli sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 46 nəfər xəsarət alıb.

    Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə cümə axşamı səhər saat 04:20 radələrində Karamagara kəndi yaxınlığında baş verib. Bildirilib ki, beş nəfər heyət üzvü və 75 sərnişinin olduğu avtobus idarəetmədən çıxaraq yoldan kənara aşıb.

    Qəza nəticəsində 46 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu qeyd edilir.
    Rəsmilər bildiriblər ki, xəsarət alanların hamısı Türkiyə vətəndaşlarıdır, onların arasında əcnəbilər, o cümlədən Rusiya vətəndaşları yoxdur.

    Yaralılar ətrafdakı xəstəxanalara yerləşdirilib. Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR