Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Autizm Assosiasiyanın təşkilatçılığı həyata keçirilən “Autizmli şəxslərlə iş” layihəsi uğurla icra olunub.
Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədov açıqlamasında bildirib ki, layihə Bakı şəhərində baş tutub və 20-yə yaxın qurumu əhatə edib:
“Tədbir çərçivəsində mütəxəssislərin və ailələrin maarifləndirilməsi, həmçinin autizm sahəsində beynəlxalq təcrübə və yeniliklərin paylaşılması məqsədi ilə müxtəlif görüşlər və təlimlər təşkil olunub. Layihə autizmli uşaqlara dəstək sahəsində görülən işlərin daha da gücləndirilməsinə və bu sahədə məlumatlılığın artırılmasına xidmət edib”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.