AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Bizim süfrə”nin “hədiyyə oyunu”

  • + A
  • - A
  • Dünən, 10:40

    “Bizim süfrə”nin “hədiyyə oyunu”

    Azadmedia.az xəbər verir ki, istehlakçı etimadına “Bizim süfrə” tərəfindən zərbə vurulub.
    İstehlakçı hüquqlarının qorunmasından danışdığımız bir dövrdə bəzi brendlərin hələ də köhnə, aldadıcı üsullara əl atması ciddi suallar doğurur. Jurnalist İlhamə Rəsulun sosial şəbəkədə paylaşdığı faktlar “Bizim süfrə” markasının keçirdiyi “kampaniya”nın əsl mahiyyətini üzə çıxarıb.
    Marketdə alıcılara yaxınlaşaraq “7 ədəd məhsul alın, elektron məişət cihazı qazanın” vədi verilir. Fen, tozsoran, elektrik çaydanı, toster, ütü və sair – yəni alıcının diqqətini cəlb edəcək kifayət qədər cəlbedici siyahı. İstehlakçı da bu vədə inanaraq məhsulu alır.
    Lakin “hədiyyə” mərhələsinə çatanda vəziyyət dəyişir. Bir gün “hədiyyə qurtarıb”, digər gün “gələn həftə gəlin”. Nəhayət, gözlənilən elektron cihaz əvəzinə “pinqvin” paketində 4 ədəd mayonez və ketçup təqdim olunur. 7 məhsul alıb qarşılığında 4 mayonez almaq hansı məntiqə, hansı ədalətə, hansı reklam etikası­na sığır?
    Bu artıq sadəcə kampaniya uğursuzluğu deyil. Bu, istehlakçının açıq-aşkar ələ salınması, etimadının sui-istifadə olunmasıdır. İnsanları “hədiyyə paketi gəlir” adı ilə ümidləndirib, sonda ucuz məhsullarla yola vermək fırıldaqçılığın reklam variantıdır.
    Daha təhlükəlisi isə odur ki, bu cür hallar cəmiyyətdə “onsuz da aldadacaqlar” düşüncəsini möhkəmləndirir. Nəticədə nə kampaniyaya, nə reklama, nə də brend adına inam qalır. Uduzan isə təkcə alıcı yox, bazarın özü olur.
    “Bizim süfrə” markası bilməlidir ki, başı işləyən istehlakçını bir dəfə aldatmaq olar, amma bu, uzunmüddətli nüfuz itkisi bahasına başa gəlir. Marketdə satışı artırmaq üçün qurulan bu cür “hədiyyə oyunları” nə qanunidir, nə etik, nə də qəbulolunan.

    Elnurə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR