AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyev şanlı zəfər tariximizin memarıdır - AÇIQLAMA

  • + A
  • - A
  • 12-11-2020, 17:30

    Prezident İlham Əliyev şanlı zəfər tariximizin memarıdır - AÇIQLAMA

    "Ölkəmizin ali hüquqi normativ aktının - Konstitusiyamızın qəbul edilməsinin 25-ci ili tamam olur. Ermənistanın ölkə ərazisinin 20 faizini işğal etməsi konstitusiyanın fundamental təməl prinsiplərinin tədbqini mümkünsüz edib. 27 Sentyabr tarixi bizlərə şanlı tarixi yaşamağı və bu tarixə şahidlik etmək missiyasını yaşatdı. Möhtərəm cənab Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun başlatdığı əks həmlə əməliyyatları nəticəsində düşmən qoşunları darmadağın, işğal altındaki vətən torpaqlarımız azad, ölkəmizin ərazi bütövlüyü və suverenliyi isə bərpa edildi. Bizlər bu qələbənin adım-adım şahidi olduq istər dövlət başçısı timsalında, istər diplomatlarımız, istərsə də əsgərlərimizin necə mübarizə apardıqlarını gördük. Ermənistan özünün terror dövləti olduğunu beynalxaq hüquq və prinsiplərə beynalxaq konvensiyalara əməl etmədiyini göstərdi". Bunu SİA-ya açıqlamasında Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Anar Sarıyev deyib.

    Onun sözlərinə görə, Gəncədə, Bərdədə Tərtərdə Mingəçevirdə mülkü vətəndaşlara qarşı törədilən hərbi cinayətlər deyilənlərin sübutudur və beynəlxalq təşkilatlar tərəfindən etiraf edilib: "Münaqişənin hərbi siyasi həlli istiqamətində əldə olunan nəticələr 30 il müddətində həlli mümkünsüz görünən münaqişənin ədalətli həllinə gətirib çıxardı. Dövlətimiz qarşıya qoyduğu strateji hədəflərə nail oldu status-kvo birdəfəlik ləğv edildi, danışıqlar formatı tamamilə yeniləndi, təməl prinsiplərə nail olundu. Ölkəmizin Beynalxaq aləmdə tanınan ərazi bütövlüyü bərpa, Qarabağda hər hansısa ərazi vahidin mövcudluğu isə ləğv edildi. Azərbaycan Respublikasının qanunlarının bütün işğal edilmiş ərazilərdə tətbiqinə nail olundu, ölkəmizin dövlət simvollarından işğaldan azad edilmiş ərazilərimizdə istifadəsi bərpa edilərək dövlət rəmzlərinin, dövlət dilinin, milli valyutanın tətbiqi məsələsi həll edilmiş oldu. Təbii ki, əldə olunan nailiyyətlər və böyük qələbə elədə asan başa gəlməyib. Biz istər hərb meydanında, istərsə də diplomatik müstəvidə böyük mübarizələr gördük. Vətən yolunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm".

    Təşkilat sədri bildirib ki, cənab Ali Baş Komandanımız müharibənin ilk günlərində söylədiyi kimi biz "Vətən müharibəsinə başlamışıq" ifadəsi əbəs yerə deyilmədi: "Bizlər bir yumruq kimi ali mübarizəmizin ətrafında birləşərək xalq və dövlətin vəhdətin müşahidə etdik. Bu birliyin sarsılmazlığına dünya ictimaiyyəti də şahid oldu. Əldə edilən qələbə nəticəsində qarşıya qoyulan məqsədlər və geostrateji hədəflərə nail olduq. Regionda yeni mərhələnin başlanğıcının göstəricisinə çevrilən qardaş Türkiyə Respublikasının siyasi həll prosesində tərəf kimi iştirakı təmin olundu və Naxçıvan Muxtar Respublikasına quru yolunun bərpası strateji logistik nəqliyyat dəhlizinin yaradılması yeni iqtisadi imkanların əldə edilməsinə imkanlar yaratdı. Ermənistanın işğalçı tərəf olaraq rəsmən müharibənin törətdiyini etiraf etdi və işğalçı olması faktı təsdiqləndi".

    A.Sarıyev qeyd edib ki, regionumuzda üç tərəfli əməkdaşlıq platforması yaradılmaqla Azərbaycan Türkiyə və Rusiya arasında əməkdaşlıq yeni iqtisadi, siyasi və bir çox sahələrdə imkanlar üçün qapı açdı: "Ölkəmiz öz problemini həm döyüş meydanında həm diplomatik danışıqlar masasında ləyaqətlə həll etdi. Bir milyondan artıq soydaşımız öz ata-baba yurdları olan tarixi Azərbaycan torpaqlarına geri dönəcək və ölkəmizin inkişafına töhfələr verəcəklər. Bu yeni bir mərhələnin başlanğıcıdır. Bizlər cənab Prezidentimizə qətiyyətli mövqeyinə, ümumilli maraqlarımızın təmin etdiyinə və bizlərə böyük qələbə sevinci yaratdığına görə təşəkürlərimizi və minnətdarlığımızı bildiririk. Möhtərəm cənab Prezident İlham Əliyevin adı şanlı zəfər tariximizin memarı kimi tarixə qızıl hərflərlə yazıldı. Qarabağ Azərbaycandır!".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR