AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təhsil İdarəsində İctimai Şura üzvləri ilə görüş keçirilib

  • + A
  • - A
  • 5-02-2021, 17:13


    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb.
    Bu barədə Azadmedia.az-a BŞTİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəşarət Məmmədov məlumat verib. Bəşarət müəllimin sözlərinə görə görüşdə Təhsil nazirinin müşaviri Elnur Nəsibov, İctimai Şuranın sədri Şahlar Əsgərov və İctimai Şuranın üzvləri iştirak ediblər.
    Görüşdə fevralın 1-dən başlayaraq ümumi təhsilin məktəbəhazırlıq qrupları və ibtidai təhsil üzrə tədris prosesinin bərpası ilə bağlı təhsil müəssisələrində görülən işlərdən söhbət açılıb, distant təhsilin təşkili sahəsində əldə olunan təcrübə və qarşıda duran vəzifələr müzakirə olunub.
    Ətraflı: https://baku.edu.gov.az/az/page/9/5363



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR