AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mediada Kimin gerçək olduğuna bax

  • + A
  • - A
  • 15-05-2021, 09:00


    Mediada saxta xəbərləri real məlumatlarla müəyyənləşdirməyi öyrənmək bizim üçün çox vacibdir. Hamımız sosial mediada yayılan xəbərlərin məsuliyyətli istehlakçısı olmalıyıq. Son illər təhsilimizin qarşısında duran hədəf dərin bilikli, geniş dünyagörüşlü şagirdləri yetişdirməklə bərabər, həmdə cəmiyyətə, dövlətə, milli-mənəvi dəyərlərinə, kökünə sadiq sağlam düşüncəli vətəndaşlar hazırlamaqdır. “ Sevindirici haldır ki, şagirdlərimiz dünya təhsil sistemindəki bir çox yeniliklərdən xəbərdardır. Bu da bir müəllim olaraq bizim məsuliyyətimizi daha da artırır. Mediada Qaranlıq maraqların və xırda niyyətlərin alətləri ola bilmərik. Məlumat aldıqda əvvəlcə mənbəyi yoxlayaq, məlum bir media orqanıdır? Yoxsa heç eşitmədiyimiz bir qrupdur? Veb saytlarını ziyarət edək və məzmunu araşdıraq. Hər şey reklam ilə doludursa və başlıqların çoxu qəribə vəziyyətlərdən bəhs edirsə, bunu etibarlı bir mənbə hesab etməyək. Müqayisəli hekayələr həmişə daha etibarlıdır. Saxta xəbərlər çox vaxt çox emosional və sensasiyalı olur. Kimin gerçək olduğuna baxaq.Bizdə şagirdlərimizlə təhsilimizdəki yenilikləri və innovasiyaları daim izləyirik, yaradıcı və inkişaf yönümlü layihələrdə iştirak etməyə maraq göstəririk. Məktəblilərin Saxta xəbərləri real xəbərdən ayıra bilməsi üçün onların intellektual səviyyəsinin inkişafında mühüm yer tutan eTwinning platformasının beynəlxalq “ Look, Whos Real” layihəsi çərçivəsində şagirdləri çalışmalar üzərində işləyərək məlumatlandırırıq. Layihəmiz 8 Türkiyə tərəfdaşı, qurucuları Selçuk Şahin, Elçin Dilşad Yavuz, 1 Azərbaycan ortaqlarından mən, Rumuniya, 1 Portuqaliya, 1 İspaniya və 6 İordaniya tərəfdaşları tərəfindən həyata keçirilir. Təşkilatçılar arasında Media savadlılığını inkişaf etdirmək məqsədilə qurulan layihəmizdə şagirdlər, media peşələri, ağıllı işarələr, rəqəmsal ayaq izləri hesablaması, ilham mənbəyi kimi, mühüm mövzularda çalışmalar işləyirlər . Şagirdlərin media savadlılığını, bacarıqlarını, artırmaq və bu mövzuya diqqət çəkmək üçün layihəmiz 8 Türkiyə , 5 Xarici tərəfdaşla həyata keçirilir. Layihə çərçivəsində şagirdlər, media peşələri, ağıllı işarələr və rəqəmsal ayaq izlərinin hesablanması kimi, mühüm işlər gördülər. Layihə məqsədlərinə aşağıdakılar daxldir.
    Medianı fərqli tərəflərdən oxumaqla, ətraf mühütə həssas olan, ölkənin problemlərini bilən, mediada, internetdə və .s. ətrafdakı mesajları təhlil etmə, qiymətləndirmə və ünsiyyət qurma bacarığı qazanır.
    Afaq İsmayılqızı
    R. Quluyev adına Kürdəmir şəhər 5 № li tam orta məktəbin Təsviri incəsənət müəllimi
    Mediada  Kimin gerçək olduğuna bax


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR