Türkiyənin İstanbul şəhərinin Küçükçekmece rayonunda baş verən hadisə sosial media gündəminə düşüb.
33 yaşlı Turgay E. və qohumları arasında səbəbi bilinməyən mübahisə olub.
Evdəki insanlar küçəyə çıxıb və mübahisə böyüyüb. Turgay evinin eyvanından mübahisə etdiyi qohumlarına məişət əşyaları atmağa başlayıb. Həmin əsnada müvazinətini itirərək eyvandan küçəyə yıxılıb. Olayın anları qonşular tərəfindən telefonla çəkilib. Turgay E. bir neçə gün müalicədən sonra evə buraxılıb.
Məsələ ilə bağlı istintaqa başlayan polis olay şahidlərini dindirib.(publika)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.