AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADAU-nun rektoru tələbələrə müraciət etdi

  • + A
  • - A
  • 25-05-2021, 18:33



    ADAU-nun rektoru İbrahim Cəfərov tələbələrə müraciət edib, onlara hər zaman dəstək oıacağını bildirib. Azadmedia.az rektorun sözügedən müraciətini təqdim edir:

    "Dəyərli dostlar, bu gün Azərbaycan Dövlət Aqrar Universiteti onlıne formada “Məzun Yarmarkası-2021” tədbirini keçirdi, 1300 nəfər bakalavriatı, 157 nəfər isə magistraturanı bitirir. 4 il ötdü, çox təəssüf ki, pandemiyadan dolayı ilyarım müddətində dərsləri online formada apardıq, ayrı düşdük bir-birimizdən. Çətindir, amma şərəflidir ki, məzunlarımız üçün ölkənin aqrar sektorunda kifayət qədər vakansiyalar var. Heç kim işsiz qalmayacaq. Əziz məzunlar, biz universitet olaraq Sizləri buraxmayacağıq, daim Sizlərlə olacağıq, problemləriniz olduğu təqdirdə yanınızdayıq, hər zaman Sizinləyik.Əlaqələri kəsməyin, daim öz üzərinizdə çalışın, dövlətimizə gərəkli kadrlar kimi yetişin. Hər şey məntiqi sonluqla yekunlaşmalıdır, təhsil müddətiniz bitir, həyatınızda yeni era başlayır, yolunuz açıq olsun.
    Hörmətlə, Sizin rektor".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR