AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

33 Bakı məktəblisi qalib olub

  • + A
  • - A
  • 2-06-2021, 12:20


    Ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən VI Respublika fənn müsabiqələrinin qalibləri bəlli olub.

    BŞTİ-nin sözçüsü Bəşarət Məmmədovun verdiyi məlumata görə müsabiqənin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblər üzrə 3 nəfər I, 10 nəfər II, 20 nəfər III yerə layiq görülüb.

    Müsabiqənin final mərhələsi riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə keçirilib.

    Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkara çıxarılması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə şagirdlərin seçilməsindən ibarətdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR