Azərbaycan Texniki Universiteti (AzTU) ilə “ALSTOM Transport Azərbaycan” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi rektor Vilayət Vəliyev və şirkətin direktoru Elşən Zeynalov imzalayıb. Memoranduma əsasən, tələbələrin “Alstom”un sınaq məhsulları ilə yaxından tanış olmaları üçün universitetin nəzdində şirkətin laboratoriyasının təşkili nəzərdə tutulub. Bundan başqa, gənc startapçıların layihələrinin reallaşdırılaraq icrasına dəstəyin göstərilməsi, tələbələrin və məzunların daxili müsabiqə əsasında şirkətdə işlə təmin olunması da qərara alınıb. Qarşılıqlı elmi-nəzəri və ustad dərslərinin tədrisi, lokomotiv və lokomotiv təsərrüfatında birgə əməkdaşlıq üçün hər iki tərəfin iştirakını koordinasiya edən işçi qrupun yaradılması da memorandumda əks olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.