İl ərzində 20 min şəhid ailəsinə ödəniş təyin edilib.
Azadmedia.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev "Yaşat" Fondunun bir yaşı münasibətilə təşkil olunan tədbirdə çıxış edərkən bildirib.
Nazir cari il ərzində şəhid ailələrinə müharibə əlillərinə 2600-dək mənzil verildiyini də diqqətə çatdırıb və qeyd edib ki, bu proqram sosial cəhətdən həssas olan əlil və digər şəxsləri də əhatə edir. İl ərzində sosial psixoloji dəstək proqramları ilə 10 min nəfəri əhatə edub, 1082 müharibə iştirakçısına müxtəlif reabilitasiya təyin edilib. Müxtəlif əzalarını itirən qazilərimiz elektron protezlər lə təmin edilib
S.Babayev sonda qeyd edib ki, növbəti 15 gün ərzində müharibədə əzalarını itirən qazilərimizin protezlə təmin olunması yekunlaşacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.