AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müdafiə Nazirliyindən itkin düşən kursantla bağlı AÇIQLAMA - YENİLƏNİB

  • + A
  • - A
  • 14-02-2022, 22:41


    Müdafiə Nazirliyindən itkin düşən kursantla bağlı AÇIQLAMA - YENİLƏNİB
    Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı Hüseynli Vüsal Elşən oğlunun tapılması məqsədilə Müdafiə Nazirliyinin hərbi polis idarəsi aidiyyəti hüquq-mühafizə orqanları ilə axtarış tədbirləri həyata keçirir.

    AzadMedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    xxx

    20:48

    Heydər Əliyev adına Hərbi Akademiyanın kursantı itkin düşüb.

    AzadMedia.az xəbər verir ki, bu barədə kursantın qohumu Adil Babaşov məlumat verib.
    A.Babaşov bildirib ki, qohumu 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya yola düşüb.

    Bundan sonra ondan xəbər olmayıb. İlkin məlumata görə, Vüsal Hüseynli sonuncu dəfə 28 May metrostansiyasından çıxarkən görülüb.

    Məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə məlumat verilib.

    Onu görən şəxslərdən 055 791 65 33 nömrəsinə məlumat vermələri xahiş olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR