KİV-nin məlumatına görə, gənc qadın əməlini etiraf edib
Gürcüstanda yeni doğulmuş uşağını öldürməkdə təqsirləndirilən qadın tapılaraq saxlanılıb.
AzadMedia.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, faktla bağlı cinayət işi başlanıb. Cinayət üç ildən beş ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
KİV-nin məlumatına görə, gənc qadın əməlini etiraf edib.
Yerli sakinlər körpənin cəsədini bazar ertəsi yaşayış binasında kanalizasiya borusu tıxandıqdan və qonşular onu təmizləməyə çalışdıqdan sonra aşkar ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.