AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2020-2021-ci illərdə Azərbaycanda psixi pozuntusu olan şəxslər tərəfindən 14 qəsdən adam öldürmə hadisəsi törədilib

  • + A
  • - A
  • 16-02-2022, 17:14

    2020-2021-ci illərdə Azərbaycanda psixi pozuntusu olan şəxslər tərəfindən 14 qəsdən adam öldürmə hadisəsi törədilib

    2020-2021-ci illərdə Azərbaycanda psixi pozuntusu olan şəxslər tərəfindən 14 qəsdən adam öldürmə hadisəsi törədilib.

    Baş Prokurorluğun Mətbuat xidmətinə Azadmedia.az-8dan daxil olan sorğuya cavab olaraq bildirilib ki, 2020-ci ildə törədilmiş 159 qəsdən adam öldürmə hadisəsinin 11-ni, 2021-ci ildə törədilmiş 156 qəsdən adam öldürmə hadisəsinin 3-nü psixi pozuntusu olan şəxslər törədib.

    Qeyd edək ki, cinayəti anlaqsız vəziyyətdə törətmiş şəxsin psixi pozuntusu özünə və ya başqa şəxslərə zərər yetirməsi təhlükəsi yaratdıqda həmin şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsələsinə baxılması üçün toplanmış iş məhkəməyə göndərilir.

    Məhkəmənin qərarı ilə belə şəxslərə tibbi xarakterli məcburi tədbirlərdən biri təyin edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR