Dərs ilinin sonu yaxınlaşdıqca tələbələr kurs işləri, diplom müdafiəsi təlaşına düşürlər. Kitabxanalara gedib araşdırmalar aparır, müxtəlif mənbələrdən, resurslardan məlumat toplayırlar. Ancaq bütün bu əziyyətlərə qatlaşmaq istəməyənlər də var. Belə ki, bəzi tələbələr diplom işini başqalarına yazdırırlar. Yəni pulunu ver, işini görsünlər. Hətta bunun üçün sosial şəbəkələrdə elanlar da yerləşdirilib. Özü də saymaqla bitmir. Əlaqə saxladıqda isə rahat şəkildə xidmətlərini təklif edir, səninlə qiymət kəsirlər. Qiymətlər isə 40-50 səhifə üçün 450-550 manat arası dəyişir.Bu işlə məşğul olan şəxslər qiymətin səhifə sayı və mövzuya görə dəyişdiyini deyir. Ümumiyyətlə belə bu tip elanlara həm sosial şəbəkələrdə, internet portallarında və universitetlərin yaxınlığında rast gəlmək mümkündür. Ancaq tələbələr diqqətli olmalıdılar. Çünki, Universitetlərdə belə hallara qarşı “Plagiat” sistemi fəaliyyət göstərir. Yəni, üstü açılarsa, həm pulunuzdan olarsınız, həm də diplomunuzdan. AzMİU-nun magistratura mərkəzinin direktoru Rövşən Əsədovun sözlərinə görə, universitetdə neçə ildi bu hallara qarşı plagiat sistemi fəaliyyət göstərir. Antiplagiat sistemi tələbənin işi sifariş etdiyini də müəyyən edə bilər. Tələbə gedir kənarda işi yazdırtdırır, işlətdirir. bunu savadı aşağı insanlar yerinə yetirirlər. Sifarişi götürən insanlar da işləri ordan-burdan köçürdərək təqdim edirlər.Rövşən Əsədovun sözlərinə görə, həmin işlər gəlib anti-plagiat sistemindən keçdiyi zaman plagiat aşkarlanarsa həmin tələbə müdafiəyə buraxılmır. Təhsil üzrə ekspert Qoşqar Məhərrəmov isə deyir ki, plagiat elmi işlər əvvəllər də olub. Ancaq indi bunun qarşısının almaq o qədər də çətin deyil.Ekspert bildirir ki ,ciddi şəkildə dünyada istifadə olunan turn it in proqramı var o turn it in proqramı universitetlərə alınmalı və universitetlərdə istifadə olunmalıdır ki ,bu elmi işin neçə faizi plagiatdı. Əgər bu 30 faizi keçirsə, yhni zamanda blok blok böyük kütlə halında götülmələr varsa və götürülmələrin altında sitat qoyulmayıbsa, sitat gətirilməyibsə, bu halda əlbəttə ki, o elmi işlər qəbul edilməməlidir.Ekspertin fikrincə, elmi iş plagiat proqramından uğurla keçsə belə, müdafiə zamanı tələbə yenidən yoxlanmalıdır. Qoşqar Məmmədov bildirir ki, belə hallar təhsilin keyfiyyəti azaldır, inkişafını isə ləngidir. Azadmedia.az Xəzərxəbərə istinadən videonu təqdim edir: