Sentyabrın 24-ü Xətai prospektində Birinci Qarabağ müharibəsi Şəhidi, Milli Qəhraman Fazil Umud oğlu Mehdiyevin şərəfinə salınmış kiçik parkda onun anım tədbiri keçirilib. “Unutsaq unudularıq“ adlı anım tədbiri Bacarıqlı Əllər Dünyası İctimai Birliyinin təşkilatçlığı və “Jurnalistlərin Beynəlxalq Əməkdaşlığı “ İctimai Birliyinin dəstəyi ilə baş tutub.
Tədbirdən öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirin aparıcısı "Jurnalistlərin Beynəlxalq Əməkdaşlığı" İctimai Birliyinin sədri Gülnarə Nemətova tədbir iştirakçılarını salamladıqdan sonra Bakı şəhəri Sabunçu rayonu 67 nömrəli tam orta məktəbin kollektivi bədii hissə ilə çıxış ediblər, sonra Ağdam Polis Alayının Şəhid Ailələri İctimai Birliyinin sədri Saleh Qarayev, Mətbuat katibi Mehman Baxşəliyev və döyüş yoldaşlarına söz verilib. Onlar Fazilin döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər. Azərbaycan Dövlət İqtisad Univerisitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Günay Ağazadə və tələbələri iştirakçılar sırasında olub.
Nərimanov Rayon İcra hakimiyyətinin ictimai-siyasi şöbəsinin nümayəndəsi Vəfadar Zeynalov, publisist ,kinosenarist, əməkdar mədəniyyət işçisi Rəfiqə Məsud, Ailə,qadın və Uşaq Problemləri Dövlət Komitəsinin əməkdaşı Rafiq Mahmudov da qonaqlar sırasında idi.
Tədbirdə çıxış edən şəhidin anası Şövkət xanımın qürur hissi ilə oğlundan danışması hamıda böyük təssürat yaratdı və alqışlandı. Şövkət xanım Vətən uğrunda canını qurban verən əsil azərbaycan xanımının, anasının təcəssümü idi.
Tədbirin yekununda çıxış edən Bacarıqlı Əllər Dünyası İctimai Birliyinin sədri Azada Məmmədova qeyd edib ki, bu gün Qarabağın azad edilməsi Fazilin qanının yerdə qalmadığı göstərdi. İstər Birinci Qarabağ döyüşlərində , istərsə də Vətən müharibəsində şəhid olanlar heç zaman unudulmayacaq. Çünki onların unudulması, özümüzü unutmaq, varlığımızı unutmaq deməkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.