AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Sosial Dayaq” əlilliyi olan uşaqlar üçün sosial reabiltasiya təşkil edir - FOTO

  • + A
  • - A
  • 12-10-2022, 08:46

    “Sosial Dayaq” əlilliyi olan uşaqlar üçün sosial reabiltasiya təşkil edir - FOTO

    “Sosial Dayaq” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Siyəzən rayonunda həyata keçirdiyi “Müxtəlif əlilliyi olan uşaqlar üçün sosial reabiltasiyanın təşkili” layihəsi davam edir.

    Bu barədə təşkilatın sədri Qərənfil Niftəliyeva məlumat verərək qeyd edib ki, layihədə əlilliyi olan uşaqlara qrup halında da təlimlər keçirilir. “Belə təlimlər uşaqların hərtərəfli inkişafına, inteqrasiyasına öz müsbət təsirini göstərir.


    Uşaqlar birlikdə inkişafetdirici vəsaitlərdən istifadə edərək müxtəlif fiqurlar hazırlayır, müxtəlf oyunlar oynayırlar. Qrup halında təlimlər uşaqların ünsiyyət qurmalarına, bir uşağın başqasından öyrənməsinə, birlikdə çalışmalarına, düşünmə, davranma bacarıqlarının inkişafına səbəb olur. Layihədə əlilliyi olan uşaqların valideyinləri yaxından iştirak edirlər. Onlar evdə uşaqlarının maraqlarına uyğun məşğulluq uçun ımkanların yaradılması, uşaqlarla unsiyyət qurulması barədə məlumatlandırılırlar.”



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR