“Komutan” filminin qala gecəsi keçirilib.
Rejissorları Selahettin Sancaklı və Mert Kılıç olan ssenarisini Mert Kılıçın yazdığı və baş rollarda Mert Kılıç və Aslıhan Güner Kılıçın oynadığı “Komandir” türk filmi dram, hərbi, müharibə və döyüş janrında çəkilib.
Məlumata əsasən filmin qala gecəsi “Gənclik Mall Cinema Plus”da Yunus Əmrə İnstitutunun dəstəyi təşkil olunub.
Gecədə filmin aktyorları Mert Kılıç və Aslıhan Günər iştirak edib.
Daha sonra film nümayiş olunub.
Qeyd edək ki, film Toros dağlarının enişli-yoxuşlu, dik və dağlıq – meşəlik sahələrində və Türkiyə Silahlı Qüvvələrinin Diyarbəkir 7-ci Korpusunun kazarmasının Jandarma Baş Komandanlığına bağlı ərazilərində çəkilib.
Mert Kılıç, həyat yoldaşı Aslıhan Günər, Can Kızıltuğ və Emre Bulutun rol aldığı filmin rejissorluğu Selahattin Sancaklı və Mert Kılıça məxsusdur.
Tədbirin təşkilində “MADO” restoranı, foto və video çəkiliş – “Light in Black” kreativ şirkəti dəstək göstərib.
Film oktyabrın 13-dən etibarən bütün “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.