Məktəblərdə baş verən neqativ hadisələrdə psixoloji mühitin zəif olmasının rolu böyükdür. Psixoloqlar bütün dərslərdə iştirak edib, müəllimlərin şagirdlərlə münasibətlərini də müşahidə etməlidir. Məktəbdə psixoloq sayının çox olması da problemi həll etmir, əsas onların düzgün təşkilatlanmasıdır.
Azadmedia.az xəbər verir ki, bu sözləri BŞTİ-nin müdiri Mehriban Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsi və BMT-nin Uşaq Fondunun (YUNİSEF) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə 20 nömrəli məktəb-liseydə “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda keçirilən konfransda deyib.
Konfransda BŞTİ-nin müdiri Mehriban Vəliyeva, elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Mətbuat Şurasının sədri Rəşad Məcid, YUNİSEF-in Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Uşaq Müdafiəsi Proqramının rəhbəri Vüqar Salmanov və müvafiq qurumların nümayəndələri iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.