AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tənəzzülə gedən gələcəyimiz var - Kəmalə Ağazadə

  • + A
  • - A
  • 2-12-2022, 08:30

    Tənəzzülə gedən gələcəyimiz var - Kəmalə Ağazadə

    Narkotik artıq evlərimizə daxil olub. Azadmedia.az xəbər verir ki, bu fikirlər Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadəyə məxsusdur. Kəmalə xanım qadın cəzaçəkmə müəssisələrində narkotik asılılığından əziyyət çəkənlərin müalicəsiz və psixoloqsuz qaldıqlarından narahatlığını dilə gətirib və təssüflə bildirib ki, həbsxanadakı qadınlarla söhbəti zamanı narkotik istifadəsinə görə həbs edilən qadınlar çıxanda ilk işlərinin narkotik dadmaq olduğunu bildirib. Narkotikin arealı çox genişlənib, təkcə hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə düzəlməsini gözləmək absuddur, deyən Kəmalə xanım hazırda narkotikdən asılı uşaqların say etibarı ilə çətin tərbiyə edilən uşaqları ötdüyünü bildirib. Reabilitasiya mərkəzlərinin azlığlndan və fəaliyyətdə olan mərkəzlərdə qiymətlərin baha olmasının da narkotikdən xilas yolunda əngəl olmasını bildirən K.Ağayeva görüntü xatirinə tədbirlərdən istiqamətlənmə üzrə fəaliyyətin vacibliyini bildirdi. Onun sözlərinə görə hazırda sığınacaqda valideynləri sintetik narkotik qəbul etmiş 11 balaca var, kiçiyi 4 aylıqdır. Uşaqlar digərlərindən nəinki əsəbi olması ilə, həmçinin əqli geriqalma ilə seçilir. Çıxışının sonunda Kəmalə xanım qeyd etdi ki, narkotiklərlə mübarizədə ƏƏSMN, TƏBİB və Səhiyyə Nazirliyi də güc orqanlarına kömək etməlidir. Tənəzzülə gedən gələcəyimiz var...
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR