AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ölkədə şəkər xəstələrinin sayında artım var

  • + A
  • - A
  • 8-12-2022, 16:38

    Ölkədə şəkər xəstələrinin sayında artım var

    Ölkədə şəkər xəstələrinin sayında artım var. Azadmedia.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədri Zaur Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Sağlam çəkiyə doğru" layihəsinin təqdimat mərasimində deyib. Onun sözlərinə görə 2020-ci ildə 250 min şəkər xəstəsi olsa da, 2022-ci ilin dekabrına qədər bu rəqəm 310 minə çatıb, rəsmi statistika üzrə, bu da 20 faiz edir.
    Zaur Əliyev sön dövrlər bütün dünyada olduğu kimi ölkəmizdə də artıq çəkinin yaratdığı xəstəliklərdən əziyyət çəkən insanların sayının artdığını bildirib: “Artıq çəki həm də şəkərli diabet, hipertoniya, ürək-damar, mədə-bağırsaq və başqa xəstəliklərin yaranmasına səbəb olur. Misal olaraq 2020-ci illə müqayisədə ötən il şəkərli diabet xəstələrinin sayı 18 % artıb. Cari ilin yanvar ayına olan məlumata görə ölkədə şəkərli diabetlə yaşayan 306 219 nəfər qeydiyyatdadır. Əhalinin sağlamlığının qorunması sahəsində səhiyyə qurumlarının üzərinə düşən vəzifələrdən biri də xəstəliklərin profilaktikası ilə bağlı əhali arasında maarifləndirmə işini aparmaqdır. İnkişaf etmiş ölkələrin təcrübəsi onu göstərir ki, xəstəliklərin qarşısının alınmasının bir yolu da fiziki aktivliyin təbliği, zərərli vərdişlərdən və qidalardan çəkinməyə yönəlik tövsiyələrin verilməsi ilə mümkündür”.
    Zaur Əliyev əlavə edib ki, Agentlik beynəlxalq tərəfdaşı olan Novo Nordiskin yerli nümayəndəliyi ilə birgə sözügedən istiqamətdə bir sıra layihələr həyata keçirərək sağlam həyat tərzinin təşviqinə çalışmışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR