Sosial şəbəkələrdə Gədəbəy rayonunda 50 yaşlı şəxsin 17 yaşlı qızla evlənməsi barədə məlumatlar yayılıb. İddia edilib ki, nikah yaşına çatmayan qız özündən 33 yaş böyük kişi ilə ailə həyatı qurub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə isə araşdırmalar nəticəsində ailə quran qızın 17 deyil, 23 yaşının olması məlum olub. Gənc qızla ailə quran 50 yaşlı şəxs isə Gədəbəyin Əmiraslanlı (keçmiş Şəkərbəyli) kəndinin sakinidir. O, bu kənddə qeydiyyatda olsa da, başqa ünvanda daimi yaşayır.
O da məlum olub ki, yeni evlənən kişi daha əvvəl bir neçə dəfə ailəli olub.
Sosial şəbəkələrdə görüntüləri yayılan və gənc qızla evləndiyi bildirilən şəxs 1971-ci il təvəllüdlüdür. O, uzun müddətdir Rusiyada yaşayır və orada biznes fəaliyyəti göstərir. Nikaha daxil olan 23 yaşlı qız isə Bakı şəhər Nərimanov rayon qeydiyyatındadır. Sosial şəbəkələrdə yayılan məlumata görə 51 yaşlı kişi oğlunun baldızı ilə ailə qurur, bu, 4-cü nikahıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.