AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Xətai Park” yaşayış kompleksinin həyətində 15 ədəd şam ağacı Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyi olmadan kəsilib

  • + A
  • - A
  • 24-12-2022, 00:35

    “Xətai Park” yaşayış kompleksinin həyətində 15 ədəd şam ağacı Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyi olmadan kəsilib

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinindən Azadmedia.az-a daxil olan məlumata görə Xətai rayonu, Gəncə prospekti 41 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

    Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda, “Xətai Park” yaşayış kompleksinin həyətində köküstə quru vəziyyətdə olan 15 ədəd şam ağacının Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyi olmadan “Xətai Park” MMC tərəfindən kəsildiyi müəyyən edilib.

    “Faktla bağlı MMC barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR