Papa Fransisk sələfi XVI Benediktin vəfatından sonra ilk ictimai çıxışında onu Tanrının Kilsəyə və dünyaya bəxş etdiyi nəcib və xeyirxah ürəkli insan adlandırıb.
“Biz onun şəxsiyyətini çox nəcib, çox mehribanlıqla xatırlayırıq. Və biz ürəyimizdə Tanrıya onu Kilsəyə və dünyaya bəxş etdiyinə görə minnətdarlıq hiss edirik”. Azadmedia.az xəbər verir ki, pontifik Müqəddəs Pyotr Bazilikasında etdiyi xütbədə deyib.
95 yaşlı XVI Benediktin səhhəti bu həftə qəflətən pisləşdikdən sonra, dekabrın 31-də Vatikanda vəfat edib. O, 2005-2013-cü illərdə papa olub və 600 ildən sonra ömürlük hakimiyyət əvəzinə təqaüdə çıxan ilk Papa olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.