Bu gün Tofiq Yaqublu Xəstəxanaya yerləşdirilib. O müalicəsini xəstəxanada davam etdirəcək, yoxsa yenidən Saxlanılma Mərkəzinə qaytarılacaq?- sualına cavab olaraq, DİN-in Mətbuat Xidmətindən
Azadmedia.az-a bildirilib ki, bu gün həkim Adil Qeybulla DİN-in İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzinə gedərək Tofiq Yaqublu ilə görüşüb. Həkimin məsləhəti ilə T.Yaqublu ətraflı müayinə olunması üçün xəstəxanaya köçürülüb. Tibbi müayinənin nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.