Xəbər verdiyimizmkimi Ümummilli liderin 100 illik yubileyinə həsr olunan həvəskar dağ-xizəyi yarışı keçirilib.
Fevralın 18-də Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı, eləcə də Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və Dövlət Turizm Agentliyinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan həvəskar dağ-xizəyi yarışı keçirilib.
Yarışın ilk günündə nəticələr aşağıdakı kimi olub. Azadmedia.az qaliblərin adını təqdim edir:
*
Veteran kişilər arasında:*
1. Daniel Makkenel (BƏƏ)
2. Artur Sionek (Polşa)
3. Pavel Kerzanovski (Polşa)
*Gənclər arasında:*
1. Viktor Sionek (Polşa)
2. Elbrus Əzizov
3. Ramin Beybutov
*Veteran qadınlar arasında:*
1. Tatyana Yeqanova (Rusiya)
2. Anna Vəliyeva
3. Daria Bivol
*Kişilər arasında “Ustad xizəkçi” kateqoriyası üzrə:*
1. Nəsir Fərhadov
2. Ramiz Ağayev
3. Murad Aydınov
*Qadınlar arasında “Ustad xizəkçi” kateqoriyası üzrə:*
1. Nəzrin Qəribova
2. Şəbnəm Hümbətova
Qaliblər “Şahdağ” Turizm Mərkəzi və Milli Olimpiya Komitəsi tərəfindən Azərbaycanın tanınmış idmançılarının iştirakı ilə medallar və diplomlarla təltif olunublar, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.