AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ümummilli liderin 100 illik yubileyinə həsr olunan həvəskar dağ-xizəyi yarışı keçirilib

  • + A
  • - A
  • 18-02-2023, 22:13

    Ümummilli liderin 100 illik yubileyinə həsr olunan həvəskar dağ-xizəyi yarışı keçirilib

    Fevralın 18-də Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı, eləcə də Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və Dövlət Turizm Agentliyinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan həvəskar dağ-xizəyi yarışı keçirilib.

    DTA-dan Azadmedia.az-a verilən məlumata görə idman tədbirinin keçirilməsinin əsas məqsədi ölkədə qış idman növlərini təşviq etmək və insanlar arasında bu idman növlərinə marağı artırmaqdır.

    2 gün davam edəcək yarışa öncədən qeydiyyatdan keçən, böyük və uşaqlardan ibarət 12 kateqoriya üzrə 50-dən çox həvəskar xizəkçi qatılıb.

    Yarışın 1-ci günündə 3 böyük yaş kateqoriyası üzrə kişi və qadınlardan ibarət xizəkçilər “Slalom Gigant” növü üzrə mübarizə aparıblar.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR