AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qusarda intellekt marafonu keçirilib - FOTO

  • + A
  • - A
  • 26-02-2023, 18:23

    Qusarda intellekt marafonu keçirilib - FOTO

    Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Qusar rayonunda “Mənim Azərbaycanım” intellekt marafonu layihəsi çərçivəsində intellektual turnir keçirilib.
    Azadmedia.az xəbər verir ki, Qusar şəhər 2 nömrəli tam orta məktəbində təşkil olunan turnirdə Qusar rayonunun müxtəlif təhsil müəssisələrində çalışan gənc müəllimlərdən, yuxarı sinif şagirdlərindən ibarət 9 komanda tərkibində 54 nəfər mübarizə aparıb.


    Rəsmi hissədə çıxış edən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov bu layihəyə dəstək verdiyinə görə Azərbaycan Gənclər Fonduna təşəkkürünü bildirib, Qusar rayonunda turnirin keçirilməsinə şərait yaratdığına görə Qusar Rayon Gənclər və İdman İdarəsinə, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə təhsil sektoruna minnətdarlığını ifadə edib. Bu layihənin keçirilməsində əsas məqsədin gənclərin asudə vaxtlarının səmərəli təşkilinə nail olmaq, gənclər arasında intellektual oyunların həyat tərzinə çevrilməsinə dəstək vermək, eyni zamanda Azərbaycan tarixinin, ədəbiyyatının, incəsənətinin, musiqisinin, ədəbiyyatının gənclər arasında təbliğinə nail olmaq olduğunu bildirib.


    Rəsmi hissədə çıxış edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə metodisti Nəzirə Babayeva, Qusar Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Sevil Dəmirova, Qusar şəhər 2 nömrəli tam orta məktəbinin direktoru Günel Hacıyeva qeyd edib ki, gənc müəllimlərin, eləcə də şagirdlərin bu kimi yarışlarda birgə mübarizə aparması həm şəxsiyyətlərarası münasibətlərin formalaşması və inkişaf etdirilməsi baxımından önəmlidir, həm də biliklərin artırılması, yeni məlumatların əldə edilməsi, məntiqi təfəkkürün inkişaf etdirilməsi baxımından vacibdir. Bu səbəbdən də Qusar rayonunda bu əhəmiyyətli layihənin icra edilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib.


    Rəsmi hissədən sonra start verilən yarışın qalibi adını Qusar rayonu Bədirqala kənd ümumi orta məktəbinin müəllim və şagirdlərdən ibarət “Yurdum” komandası qazanaraq Quba rayonunda keçiriləcək final mərhələsində iştirak etmək hüququ əldə edib.


    Qusar şəhər 1 nömrəli tam orta məktəbinin “Zəfər” komandası turnirin ikinci, Qusar rayonu Hil kənd tam orta məktəbinin “Hil” komandası üçüncü mükafatın sahibi olub.
    Yekunda qalib və mükafatçılar kubok, diplom, medal və bədii ədəbiyyat nümunəli kitablarla təltif ediliblər.
    Qeyd edək ki, mart ayına qədər davam edəcək layihə çərçivəsində bu günə qədər Siyəzən, Şabran və Xaçmaz rayonlarında seçim turları keçirilib. Növbəti həftə Quba rayonunda keçiriləcək sonuncu seçim turundan sonra qaliblərin iştirakı ilə final mərhələsi təşkil olunacaqdır.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR