AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyana çətir atan qadın ittiham olunub

  • + A
  • - A
  • 14-04-2023, 18:46

    Paşinyana çətir atan qadın ittiham olunub


    Baş nazir Nikol Paşinyana çətir atan Ermənistan sakini Narine Asatryana onun rəsmi və ya siyasi fəaliyyətinə müdaxilə etmək məqsədilə məmura qarşı zorakılıq tətbiq etməyə cəhddə ittiham olunub. Azadmedia.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat katibi məlumat verib.

    Qeyd edək ki, aprelin 10-da Vayots Dzor vilayətinin Malışka icmasında fərdi evlərdən birinin həyətində 47 yaşlı qadın Ermənistan hökumətinin başçısına çətir atıb. Baş nazirin mühafizəçiləri qadını hadisə yerindən uzaqlaşdırıblar.

    O, saxlanılaraq ibtidai istintaq orqanına aparılıb. Daha sonra Ermənistan Cinayət Məcəlləsinin 44-452-ci (vəzifəli şəxsin xidməti və ya siyasi fəaliyyətinə müdaxilə etmək məqsədilə ona qarşı zor tətbiq etməyə cəhd) ilə iş başlanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR