Ermənistanın İstintaq Komitəsi baş nazir Nikol Paşinyana çətir atan qadına qarşı cinayət işi açıb. Azadmedia.az Ermənistan KİV-nə istinadla yazır ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
“Alınan məlumata görə, aprelin 10-da Ermənistanın baş naziri Vayots-Dzor rayonunun Malışka kəndinə səfəri zamanı fərdi evlərdən birinin həyətində 47 yaşlı qadının sözlərinə məhəl qoymadan polisin tələbləri ilə baş nazirin qanuni rəsmi fəaliyyətinə mane olmaq məqsədilə ona qarşı zorakılıq tətbiq etməyə cəhd göstərərək Nikol Paşinyana çətir atıb.Faktla bağlı cinayətə cəhd, sui-istifadə maddələri ilə cinayət işi başlanıb. Faktla bağlı araşdırma aparılır”, - Ermənistan İstintaq Komitəsinin bəyanatında deyilir.
İdarədən qeyd ediblər ki, qadın saxlanılaraq prosesi aparan orqana aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.