Beynəlxalq velosiped turnirinin üçüncü mərhələsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciət edib. Azadmedia.az sözügedən müraciəti təqdim edir
"Əziz Şuşa Beynəlxalq Velosiped Turniri”nin növbəti mərhələsinə bu gün Qəbələ rayonundan start veriləcək.
Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın üçüncü mərhələsində velosipedçilər Qəbələ-Ağdaş-Xaldan-Mingəçevir marşrut xətti üzrə və Bakı-Qazax avtomobil yolu ilə hərəkət edərək yarışın növbəti mərhələsini Gəncə şəhərində tamamlayacaqlar. Tur səhər saat 10:30-dan 15:00-dək davam edəcək.
Sürücülərdən tədbirin beynəlxalq əhəmiyyətini nəzərə alaraq, yuxarıda qeyd olunan müddət ərzində yarış iştirakçılarının hərəkət edəcəyi yollardan mümkün qədər istifadə etməməyi xahiş edirik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.