Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 8 dekabr 2002-ci il tarixində Uşaqların Beynəlxalq Televiziya və Radio günü münasibətilə keçirilən şənlikdəki nitqində qeyd etmişdir ki, “çadırlarda doğulmuş uşaqlar gələcəkdə öz torpaqlarının sahibi olacaq, öz torpaqlarında böyüyəcəklər, öz elində-obasında yaşayacaqlar”.
Bu gün hamımız bir daha Ulu Öndərin uzaqgörənliyinin şahidi oluruq. Otuz ilə yaxın bir müddətdə davam etmiş işğala son qoyulmasında, torpaqlarımızın mənfur düşməndən təmizlənməsində, vətənpərvərlik, mərdlik, igidlik ruhunda formalaşan gənclərimizin misilsiz xidmətləri olmuşdur.
Xalqımızın bütün təbəqələri kimi, gənclərimiz də Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib həm ön, həm də arxa cəbhədə şücaət göstərərək, tarixi ədaləti bərpa etdilər, ölkəmizin suverenliyini və ərazi bütövlüyü uğrunda hətta canlarından belə keçdilər. Əsası Ümummilli Lider Heydər Əliyevtərəfindən qoyulan və Dövlət Başçısı İlham Əliyevin rəhbərliyi altında böyük uğurla həyata keçirilən gənclər siyasəti öz möhtəşəm nəticəsini verdi. Bütün dünya gördü ki, əhalisin 60 faizindən çoxunu gənclər təşkil edən, qənclər ölkəsi olan Azərbaycan, möhtəşəm uğurlara imza atmaq iqtidarındadır.
Bu gün Zəngilana, Lacına, Şuşaya və işğaldan azad olunan bizim başqa şəhərlərimizə, rayonlarımıza, kənd və qəsəbələrimizə “Böyük Qayıdışın” həyata keçirilməsi və bu prosesə qənclərimizin böyük töhvələr verməsi fərəhləndirici haldır. Burada bəzi faktlara müraciət etmək maraqlı olar. Təkcə Laçının bərpası istiqamətində görülən işlər əyani formada nümayiş etdirir ki, bizim iqtisadi qücümüz ən yüksək səviyyədədir. Cəmi səkkiz ay ərzində həddindən artıq işlər görülərək, şəhərin böyük bir hissəsi yenidən qurulmuşdur, çoxsaylı bina inşa edilib ki, onlardan 620-si fərdi yaşayış üçün nəzərdə tutulub. Laçına qayıdış Ermənistanın törətdiyi müharibə cinayəti olan qanunsuz məskunlaşmanın ağır nəticələrini aradan qaldırıması kimi qiymətləndirərək, Azərbaycanın möhtəşəm Zəfərindən xəbər verir. Şübhəsiz ki, həm torpaqlarımızın azad olunmasında, həm də həyata keçirilən bərpa-quruculuq işlərində qənclərimizin böyük rolu var. Burada bir daha Ulu Öndər Heydər Əliyevin tarixi sözləri yada düşür: “Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir.”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.