Bələdiyyə Resurs və Təlim Mərkəzi İctimai birliyi tərəfindən icra olunan "Məsuliyyətli valideyn ailə dəyərinin təməlidir adlı tədbirlərin təşkili" layihəsinin icrası davam edir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin icra planına uyğun valideynlər arasında maariflənmə işləri davam etdirilir. Sentyabrın 11-də Samux rayon Sərkar kənd tam orta məktəbdə 25 valideynə "Valideyn- övlad münasibəti" mövzusunda təlim keçirilib. Təlim zamanı ideal valideynlik, valideyn məsuliyyəti, valideyn- övlad münasibətində anlaşılmazlıq, konfliktlər və onların həlli yolları, həmçinin, valideyn- övlad arasında sağlam münasibətə təsir edən amillərdən söhbət aparılıb. Təlim boyu müxtəlif rol oyunları, energizerlər və qrup işləri təşkil olunub. Təlim valideynlər tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında geniş müzakirələr aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.