AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı" layihəsi çərçivəsində növbəti təlim keçirilib

  • + A
  • - A
  • 23-09-2023, 15:29

    "Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı" layihəsi çərçivəsində növbəti təlim keçirilib

    "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin malliyə dəstəyi ilə həyata keçirdiyi "Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı" layihəsi çərçivəsində 6-cı onlayn (zoom proqramı) tədbir-konfrans keçirilib.


    "Vətən Bağı" STİB-in sədri, layihənin rəhbəri Emin Tarverdiyev layihə iştirakçılarını salamlayaraq 3 gün öncə Azerbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirlərinin əhəmiyyəti barədə qısa məlumat verərək həyatını fəda etmiş şəhidlərimizə rəhmət, qazilərimizə tezliklə sağlamlıqlarına qovuşmağı diləyib. Həmçinin bu təlimin zəruriliyinə toxunan layihə rəhbəri bu gün şəhid və qazi ailələrinə dövlətimizin göstərdiyi qayğı haqqında da danışıb. E.Tarverdiyev çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin də bu sahədə şəhid və qazi ailələrinə diqqəti qürurvericidir və ümidvardır ki, bu diqqət artan temp üzrə də davam edəcək.
    Lahiyənin təlimçisi, rəqəmsal marketinq üzrə ekspert Samir Mehdiyev də son günlər aparılan anterror əməliyyatında şəhidlik zirvəsinə ucalan şəhidlərimizə rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. Sonra Samir Mehdiyev "Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı" layihəsi çərçivəsində növbəti mövzu barədə - "Facebook" səhifəsinin profesional formada yaradılması haqqında təlim iştirakçılarına məlumat verib. S.Mehdiyev iştirakçıları təlim zamanı fəal olmağa çağırıb. Ekspert yekunda ona ünvanlanan sualları cavablandırıb.

    Qeyd edək ki, təlim 2 qrup üzrə, hər qrupa 1 saat onlayn olaraq keçirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR