AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yetkinlik yaşına çatmayan məhkumlarla “Peşə hazırlığı və ixtisas seçimi” mövzusunda görüş - FOTOLAR

  • + A
  • - A
  • 28-09-2023, 10:34

    Yetkinlik yaşına çatmayan məhkumlarla “Peşə hazırlığı və ixtisas seçimi” mövzusunda görüş - FOTOLAR

    “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən 2023-cü il avqust ayından etibarən “Yetkinlik yaşına çatmayan Məhkumların sosial-psixoloji reabilitasiyası, hüquqi yardım xidmətlərinin təşkili və cəmiyyətə reinteqrasiya” layihəsi davam edilməkdədir.

    Layihə rəhbəri Kəmalə Aşumova bildirib ki, layihə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə əməkdaşlıqda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur: "Fəaliyyətin davamı olaraq, 25.09.2023-cü il tarixdə Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində saxlanılan yetkinlik yaşına çatmayanlarla onların islahına dəstək, reinteqrasiyasına və gələcək azad həyatlarında özlərinə uğurlu mövqe tutmalarına yardım məqsədilə növbəti görüş keçirilib. İlkin olaraq, göstərilən sosial-psixoloji reabilitasiyanın vacibliyi diqqətə çatdırıb, uşaq hüquqları, uşaq hüquqlarının bərpası, uşaqların müdafiəsi haqqında məlumatlar verilib".

    Sonra isə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Nilufər Əhmədova uşaqların hazırki peşə bacarıqları ilə tanış olaraq, dövlət qurumları və QHT-lərin birgə əməkdaşlığının önəmliliyi haqqında danışıb.

    Bununla yanaşı, uşaqların reinteqrasiyasına dəstək, gələcək inkişafına müsbət töhfənin olması üçün təlimçi Kənan Bağırov yetkinlik yaşına çatmayanaların “Peşə hazırlığı və ixtisas seçimi” mövzusunda təqdimatla çıxış edərək, onların gələcəkdə düzgün peşə seçiminə yiyələnmələri üçün istiqamət və məsləhətlər verib.

    Sonda uşaqların təkrar qanun pozuntularına yol verməmələri üçün motivasiya edici söbətlər edilib, uşaqları maraqladıran suallar ətraflı cavablandırılaraq ümumi müzakirələr aparılıb. Həmçinin, ailələrində sosial-maddi durumu xüsusilə aşağı vəziyyətdə olan bir neçə yetkinlik yaşına çatmayan ehtiyaclarına uyğun qış geyimləri ilə təmin olunub.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR