AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gənclərə dəstək olub onların potensialı üzə çıxardılır - FOTOLAR

  • + A
  • - A
  • 28-09-2023, 11:22

    Gənclərə dəstək olub onların potensialı üzə çıxardılır - FOTOLAR


    "Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək" Fondu “Aztəminatlı gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində maarifləndirmə təşəbbüsləri” layihəsinin icrasını uğurlu şəkildə davam etdirir.

    Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Layihənin məqsədi aztəminatlı ailələrdən olan ali təhsil müəssisəni bitirmiş lakin işə düzəlməkdə çətinlik çəkən gənclərimizi Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Peşəkar Mühasib Sertifikatı imtahanına Dövlət İmtahan Mərkəzinin tələb etdiyi proqrama uyğun hazırlamaqdır.

    Fondun direktoru Gülbəniz Bayramova bildirir ki, layihə çərçivəsində layihə heyətinin məqsədi gənclərə dəstək olub onların potensialını üzə çıxararaq nəzərdə tutulmuş imtahandan uğurla keçməyinə kömək etməkdir. PMS sertikatı gənclərə əlavə üstünlüklər qazandıracaq.

    Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Natiq Rafiqzadə dərsdə iştirak edib. Layihə heyəti və PMS kursunun iştirakçıları ilə görüş olduqca maraqlı və faydalı keçdi.

    Xatırladaq ki, Layihə çərçivəsində təşkil olunmuş “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Peşəkar Mühasib Sertifikatı” kursu Sevinc Məmmədova tərəfindən keçirilir. O, müxtəlif keyslər üzərində iştirakçıları hazırlaşdırır və hər bir gənc məmnunliyyətlə dərslərdə iştirak edir və öhdəliklərini yerinə gətirirlər.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR