AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Valideyn- övlad münasibəti" mövzusunda növbəti təlim keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 18-10-2023, 18:49

    "Valideyn- övlad münasibəti" mövzusunda növbəti təlim keçirilib - FOTOLAR

    Bələdiyyə Resurs və Təlim Mərkəzi İctimai Birliyi tərəfindən icra olunan "Məsuliyyətli valideyn ailə dəyərinin təməlidir adlı tədbirlərin təşkili" layihəsinin icrası davam edir.
    Birlikdən verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin icra planına uyğun valideynlər arasında maariflənmə işləri davam etdirilir. Oktyabrın 17-də Samux rayonu Qarayeri qəsəbəsində (Qarayeri 1 saylı məktəb- liseydə) daha 25 valideynə "Valideyn- övlad münasibəti" mövzusunda təlim keçirilib. Təlim zamanı ideal valideynlik, valideyn məsuliyyəti, valideyn- övlad münasibətində anlaşılmazlıq,konfliktlərvə onların həlli yolları, həmçinin,valideyn- övlad arasında saglam münasibətə təsir edən amillərdən söhbət aparılıb. Təlim boyu müxtəlif rol oyunları, energizerlər və qrup işləri təşkil olunub.

    Qeyd edək ki, mövzu ətrafında geniş müzakirələr aparılıb, təlim valideynlər tərəfindən maraqla qarşılanıb.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR