AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qəzza zolağında ölənlərin sayı 16 minə çatıb

  • + A
  • - A
  • 27-11-2023, 19:00

    Qəzza zolağında ölənlərin sayı 16 minə çatıb

    Qəzza zolağında yaralananların sayı 35 minə çatıb.

    AzadMedia.az xəbər verir ki, İsrailin Qəzza zolağına zərbələr endirdiyi gündən bu yana ölənlərin sayı 16 min nəfərə çatıb, yaralıların sayı isə 35 min nəfərə yüksəlib. Bu barədə “Al Arabiya” telekanalı Fələstinin səhiyyə naziri Mey əl-Kailə istinadən məlumat yayıb .
    İsrail oktyabrın 7-də səhər Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə nüfuz ediblər.
    Fələstinin HƏMAS hərəkatının hərbi qanadı İsrailə qarşı Əl-Əqsa Tufanı əməliyyatı elan edib. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başladığını elan edib.
    Münaqişənin kəskinləşməsi fonunda bir sıra dövlətlər öz vətəndaşlarını İsraildən çıxarmağa başlayıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR