AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paytaxt məktəblərində monitorinqlər aparılır

  • + A
  • - A
  • 29-11-2023, 10:27

    Paytaxt məktəblərində monitorinqlər aparılır

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı operativ monitorinqlər keçirilir.

    Monitorinqlərin təşkil olunmasının əsas məqsədi seçmə üsulla müəyyənləşdirilmiş məktəblərdə təhsil mühitinin öyrənilməsindən ibarətdir. Təhsil müəssisələrində sağlamlıq, təhlükəsizlik və nizam-intizam, tədris-pedaqoji və digər sənədlərlə işin təşkili, inzibati heyətin fəaliyyəti, metodiki işin təşkili monitorinq zamanı müşahidə olunan əsas istiqamətlərdəndir. Proses zamanı müvafiq istiqamətlərə aid olan 35 meyar 4 səviyyə üzrə qiymətləndirilir.

    Monitorinqlərin nəzərdə tutulan əhatə dairəsinin təmin olunması üçün BŞTİ tərəfindən 6 komissiya yaradılıb.

    Monitorinqlərin yekununda ümumi təhsil müəssisələrində təlimatların tələblərinin icrası, şəxsi nümunə və sosial məsuliyyət, məktəb sənədləri ilə iş, fənn müəllimlərinin təlim prosesinə hazırlıqlı qoşulması, dərs prosesində şagirdlərin aktivliyinin artırılması, şagird nailiyyətlərinin və davranışlarının obyektiv qiymətləndirilməsi ilə bağlı müvafiq təklif və tövsiyələr verilir.

    Qeyd edək ki, monitorinqlərin sistemli və ardıcıl şəkildə davam etdirilməsi nəzərdə tutulur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR