AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin komitə sədrlərinə yeni "Mercedes"lər verildi - FOTO

  • + A
  • - A
  • 30-11-2023, 16:29

    Milli Məclisin komitə sədrlərinə yeni "Mercedes"lər verildi - FOTO

    Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər verilib.

    Artıq bir müddətdir ki, komitə sədrləri “Mercedes E 300” markalı avtomobillərdən istifadə edirlər.

    Hazırda parlamentin 15 komitəsi var.

    Qeyd edək ki, Milli Məclisin noyabrın 15-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsinin müzakirəsində parlamentin İşlər müdiri Firudin Hacıyev bildirib ki, qanunverici orqanın builki xərclər smetasında nəzərdə tutulan vəsaitlər hesabına avtoparkın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə avtomobillər alınıb və avtopark yenilənib.(“Report”)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR