AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İllərdir bizə sovet və yerli tarixçilərin dedikləri yalanlardan ibarət olub

  • + A
  • - A
  • 2-12-2023, 23:12

    İllərdir bizə sovet və yerli tarixçilərin dedikləri yalanlardan ibarət olub

    Bir müddətdir arxivlərdə qədim dünya xəritələri, alimlərinin əsərlərində, əlyazmalarda, qaynaqlarda və səyyahların qeydlərində, daş yazılarda, qədim pullarda və istənilən mənbələrdə Azərbaycan adının və əlifbasının axtarışı ilə məşğulam. İlk olaraq qeyd edim ki, kifayət qədər material əldə etmişəm. Zərdşütün Avestasını rus, ingilis, türk dillərində tapıb oxumuşam ( qeyd edim ki, fərqli yazılar var)

    Āturpātākān, Ādharbādhagān, Ādharbāyagān, Ατροπατήνη, Adravigánon, Adhorbāyghān və daha çox oxşar adlara rast gəlmişəm. Açığı deyim bəzi qaynaqlarda ad çəkilsə də coğrafiya bir az daha geniş götürülür, indi Gürcüstan, Türkiyənin əksər hissələri Azərbaycan adlanan coğrafiyaya daxil olunduğu üçün tam əmin olmaq lazımdır. Buna görə də yazmağa zaman lazımdır.
    İlk öncə Zərdüşt və onun müəllifi olduğu Avestanın hər üç tapdığım surətində Adurbadagan və Adarbadagan adının olmasını və qədim İrəvanın "Erivanj" adına rast gəldim. Bir neçə müəllifin əsərinə müraciət elədim və daha çox saylı faktları bir yerə topladım. Zamanla yazacam bu barədə, tam dəqiq istinadları da incələyim sonra.
    Lakin araşdırmam zamanı rast gəldiyim bəzi fotoları sizlərlə bölüşürəm. Bu fotoların bəziləri internetdə mövcuddur. Sadəcə axtarıb tapmaq lazım idi..

    Şəkil 1)
    Maksymiuk, K. (2015). The Pahlav-Mihrani Family Faithful Allies of Xusto I Anoshirvan. Metamorvozi Istorii, 6, 163-179. Kitabında onun Azərbaycan adının qədim olduğunu sübut edən bir səhifə.
    Şəkil 2)
    Hal hazırda Beyrut (Livan) da saxlanılan qədim xəritə coğrafiyaşünas-səyyahı İbn Hövqəlin kitabından (s.419) götürülüb. Xəritədə Azərbaycan Xəzər dənizin yanında dövlət kimi göstərilib

    Şəkil 3)
    9-cu əsrə aid xəritə. Hazırda Britaniyada saxlanılır. Babək dövrünə aiddir coğrafiyanı əks etdirir. Azərbaycan adı açıq görünür.

    Şəkil 4)
    Məhəmməd əl İdrisi adlı səyyahı hazırladığı xəritə. 1154-cü ilə aiddir. Azərbaycanın adını Xəzər dənizi ətrafında dövlət kimi çəkir.

    Qeyd edim ki, hazırda Azərbaycan adının çəkildiyi kifayət qədər qaynaq əlimdə var. Sadəcə bunu yazmaq və əmin olmaq üçün peşəkar alimlərin rəyi də lazımdır. Bunun üçün zamanla işləyəcəm. Lakin yaxın günlərdə Avestada Azərbaycan və İrəvan adlarının çəkilməsi yazısını təqdim edəcəm. Sonra isə hisə hissə...

    Bu faktlar sübut edir ki, illərdir bizə sovet və yerli tarixçilərin dedikləri yalanlardan ibarət olub. Azərbaycan adı ən qədim dövrlərdən mövcud olub. Bütün ciddi qaynaqlarda ad çəkilib. Xəritələr mövcud olub. İnanıram ki, əldə etdiyimiz bu faktlar peşəkar tarixçilər tərəfindən təsdiq alacaq və cəmiyyətə təqdim edə biləcəyik
    Zaur Aliyev , dosent




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR