AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADMİU nəzdində Humanitar Kollecin daha bir yeniliyi...

  • + A
  • - A
  • 2-12-2023, 23:37

    ADMİU nəzdində Humanitar Kollecin daha bir yeniliyi...

    ADMİU nəzdində Humanitar Kollec və Türkiyənin Pertevniyal Lisesi arasında online görüş keçirilib.
    ADMİU nəzdində Humanitar Kollecin tələbələri və müəllimi Leyla Hacıyeva Azərbaycanın milli şairi Əhməd Cavad, həmçinin Pertevniyal Lisesinin tələbələri və müəllimi Kemal Gündüz Türkiyənin milli şairi Mehmet Akif Ersoy haqqında qarışıqlı maraqlı məlumatlar ilə bölüşüblər.
    Görüşdə Pertevniyal Lisesinin tələbələri sözləri Əhməd Cavada məxsus olan Azərbaycan Respublikasının Dövlət Himnini (mus.Ü.Hacibəyli) səslədiriblər. Eləcə də ADMİU nəzdində Humanitar Kollecin tələbələri Əhməd Cavadın Osmanlı ordusu için 1914cü ildə yazdığı "Çırpınırdı Qara dəniz" (mus.Ü.Hacıbəyli) əsərini ifa ediblər.

    https://youtu.be/uayftA4z6-4?si=N8egUNC-j9ITBRAc

    Qeyd edək ki, Pertevniyal Lisesi Türkiyənin 1872ci ildən etibarən fəaliyyət göstərən nüfuzlu təhsil ocağıdır.

    Pertevniyal Lisesinə dərin təşəkkürümüzü bildiririk . @
    https://www.instagram.com/p/C0MwwHQMrut/?igshid=ODhhZWM5NmIwOQ==




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR