PISA - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının 2022-ci ildəki qiymətləndirməsinin nəticələri açıqlanıb.
Bu qiymətləndirmə ölkələrin təhsil sistemini müqayisə etmək üçün istifadə edilən ən nüfuzlu mexanizmlərdən biridir. Təəssüf ki, bu dəfə də, Azərbaycanın nəticələri ürəkaçan deyil. Hətta, 2018-lə müqayisədə hər üç istiqamətdə orta ballarda azalma var.
Hələ nəzərə alın ki, Azərbaycan nadir ölkələrdəndir ki, qiymətləndirməyə qatılan şagirdlər bütün ölkədən deyil, sadəcə paytaxtdan seçilib. Yəqin ki, bütün ölkə ərazisindən şagirdlər olsaydı, nəticələr bir qədər də aşağı olacaqdı.
İndiyədək Azərbaycan 4 dəfə (2006, 2009, 2018 və 2022) bu qiymətləndirmədə iştirak edib. 2009-dan sonra o dövrün Təhsil naziri demişdi ki, nəticələrdə Azərbaycana qarşı ikili standartlar var deyə artıq qatılmayacayıq :)
PISA qiymətləndirməsi üç istiqamət – oxu bacarıqları, riyaziyyat və təbiət elmləri üzrə aparılır. Azərbaycanın qatıldığı illər üzrə göstəriciləri belədir:
2006-da (57 ölkə arasında)
Oxu bacarıqları üzrə - 54-cü yer
Təbiət elmləri üzrə - 55-ci yer
Riyaziyyat üzrə - 33-cü yer
2009-da (65 ölkə arasında)
Oxu bacarıqları üzrə - 64-cü yer
Təbiət elmləri üzrə - 63-cü yer
Riyaziyyat üzrə - 45-ci yer
2018-də (79 ölkə arasında)
Oxu bacarıqları üzrə - 69-cu yer
Təbiət elmləri üzrə - 69-cu yer
Riyaziyyat üzrə - 57-cü yer
2022-də (81 ölkə arasında)
Oxu bacarıqları üzrə - 69-cu yer
Təbiət elmləri üzrə - 68-ci yer
Riyaziyyat üzrə - 56-cı yer
Azadmedia.az məqalədə Çəpəki teleqram kanalından istifadə edib.