Paytaxt ərazisində baş vermiş zəlzələ Bakı metropoliteninin fəaliyyətinə təsir göstərməyib. Qatarlar normal qrafik üzrə hərəkət edir, qurğu və avadanlıqlar işlək vəziyyətdədir.
"Bakı Metropoliteni" QSC-dən Azadmedia.az-a verilən məlumata görə rəhbərliyinin tapşırığına uyğun olaraq, metropoliten infrastrukturuna daxil olan bütün qurğu və avadanlıqlara, xüsusən yerüstü sahələrə, o cümlədən elektrik depolarının infrastrukturuna və yol təsərrüfatlarına növbədənkənar baxış keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.