Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzi tərəfindən il ərzində 50 məktəbin İnkişaf Planı hazırlanıb.
İnkişaf Planı hazırlanan məktəblərin kollektivləri ilə görüşlər keçirilib. Görüşlərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin həyata keçirdiyi keyfiyyət monitorinqinin nəticələri təhlil edilib, müvafiq müzakirələr aparılıb və məktəblərin inkişaf perspektivləri müəyyənləşdirilib.
Həmçinin inkişaf planlarının icrası istiqamətində təhsil müəssisələrinə mentor dəstəyi göstərilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.