“Peqasus” aviaşirkətinin Bakı-İzmir reysi 5 saata yaxın gecikir.
Bu barədə sərnişinlər məlumat verib.
Bildirilib ki, bu gün saat 03:15-də Bakıdan qalxmalı olan təyyarə İzmirin Adnan Menderes hava limanındakı duman səbəbindən 7:50-yə ertələnib.
Aviaşirkət reysin gecikməsi ilə bağlı əvvəlcədən heç bir xəbərdarlıq mesajı göndərmədiyindən, sərnişinlər aeroportda gözləməyə məcbur edilib. Bu isə onların ciddi narazılığına səbəb olub.
Sərnişinlərə geri qayıdıb, yenidən gəlməyə də izn verilmir.
Qeyd edək ki, "Peqasus" aviaşirkəti vaxtaşırı olaraq bu cür gecikmələrlə sərnişinlərində narazılıq yaradır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.