AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Şirvanda reyd keçirdi

  • + A
  • - A
  • 28-02-2024, 16:39

    Dövlət Yol Polisi Bölməsinin əməkdaşları  Şirvanda reyd keçirdi

    Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı avtomobili konstruksiya dəyişikliyi edərək idarə edən, müvafiq sənədləri olmayan, eləcə də nəqliyyat vasitələrinin yan şüşələrinə pərdə və jalüz quraşdıran sürücülər müəyyən edilərək saxlanılıblar.
    Yol patrul xidmətinin əməkdaşları qayda pozuntusuna yol vermiş sürücülərlə izahedici söhbətlər apararaq, yol hərəkəti qaydalarına ciddi riayət etməyin vacibliyi onlara çatdırıblar. Qaydaları pozan sürücülər barəsində qanunamüvafiq tədbir görülüb və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR