Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən ərazidə xidmət aparan yol polisi əməkdaşlarına məlumat verilib. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün tədbirlər görülür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.