AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT Əməkdaşlıq barədə anlaşma memorandumu imzalayıb - FOTOLAR

  • + A
  • - A
  • 15-03-2024, 10:34

    QHT Əməkdaşlıq barədə anlaşma memorandumu imzalayıb - FOTOLAR

    “Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyi (MİDİB) icra etdiyi "Ali təhsil müəssisələrində inklüziv peşə hazırlığı mərkəzlərinin təşkilinin təşviqi" adlı layihəsi bir çox dövlət və özəl ali təhsil müəssisələri tərəfindən maraqla qarşılanır. Belə ki, sözügedən layihə icra olunmağa başladığı aydan etibarən layihənin rəhbəri və MİDİB-in icraçı direktoru Arif Nəcimov bir neçə ali təhsil müəssisəsinin uyğun struktur bölməsinin rəhbərləri, həmçinin digər maraqlı tərəflərin (QHT, şirkət, sosial sahibkarlar və tədqiqatçılar) ilə görüşmüş, icra olunan layihənin məqsəd və vəzifələri haqqında ətraflı məlumat vermiş, həmçinin layihə çərçivəsində və layihədən sonra davamlı çalışmaq üçün əməkdaşlığın qurulmasını təklif etmişdir.

    QHT.az xəbər verir ki, sözügedən layihə çərçivəsində ilk əməkdaşlıq barədə anlaşma memorandumu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnklüziv Təhsil Mərkəzi ilə imzalanmışdır. Əməkdaşlıq barədə anlaşma memorandumunu MİDİB-in icraçı direktoru Arif Nəcimov və UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova imzalamışdır.

    Tərəflər, imzalanmış memorandum çərçivəsində müəyyənləşdirilmiş qaydaların tələblərinə uyğun olaraq həm cari layihənin müəyyən tədbirlərini birgə təşkil edəcəklər, həm də yeni layihələrin hazırlanması və icra edilməsində birgə çalışacaqlar.
    "Ali təhsil müəssisələrində inklüziv peşə hazırlığı mərkəzlərinin təşkilinin təşviqi" adlı layihənin icrası çərçivəsində MİDİB və onun tərəfdaşlarının iştirakı ilə ölkəmizin sosial baxımdan həssas əhali qrupunun üzvləri ilə Əlilliyi Olan Şəxslərin (ƏOŞ) məşğulluğunun təmin olunmasına dəstək olmaq üçün bəzi seçilmiş peşələri Ali Təhsil Müəssisələrin (ATM) maddi-texniki bazası nəzərə alınaraq, həmçinin sosial sahibkarlıq (biznes) modeli əsas götürülərək “İnklüziv peşə hazırlığı mərkəz”ləri formalaşdırmağı təşviq etməkdir.

    İcrası davam edən layihənin qarşısında bəzi vacib vəzifələr də var. Bu vəzifələr sırasına ƏOŞ-lərin daha inklüziv fiziki və sosial mühitdə yaşamaları, təhsil almaları və müəyyən peşə öyrənib bir fərdi sosial sahibkar və ya hər hansısa təşkilatda işçi kimi çalışmalarını təmin etmək üçün bəzi peşəkar mütəxəssislərin (sosial işçilərin, pedaqoqların, mühəndislərin, iqtisadçıların, uyğun QHT-lərin və sosial sahibkarlıqla məşğul olanların), həmçinin elmi-tədqiqatçıların diqqətini sözügedən məsələyə çəkmək də daxildir. Belə ki, layihə çərçivəsində təşkil olunacaq dəyirmi masalarda tərəfdaş təşkilatlarla birlikdə müzakirələr əsasında toplanmış təkliflərin uyğun dövlət təşkilatlarına təqdim edilməsi də nəzərdə tutulub.

    Sözügedən layihənin icra olunmasında və təşkil olunacaq tədbirlərdə ATM-lərdən başqa bütün maraqlı və uyğun olan hər bir vətəndaş, fiziki və ya hüquqi şəxs MİDİB ilə (eMail: office.midib.org@gmail.com) əlaqə saxlaya bilər. Tədbirlərdə iştirak etmək və ya MİDİB ilə əməkdaşlıqda maraqlı olan hər bir şəxs e-mail ilə müraciət edə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR