Keçmiş məcburi köçkünlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə qayıtmaqda davam edir. Bu gün 34 ailə Füzuli şəhərinə köçür.
Azərbaycanda həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində bazar ertəsi 34 azərbaycanlı ailə işğaldan azad edilmiş və bərpa edilmiş Füzuliyə qayıdacaq.
Uzun illərdən sonra doğma şəhərə qayıdan ailələrdən ibarət avtomobil karvanı səhər saatlarında Bakının Qaradağ rayonundan yola düşüb. Günortadan sonra 34 ailə - 123 nəfər doğma Füzuliyə gələcək.
Hazırda şəhərdə 596 ailə - 2245 nəfər daimi yaşayış yeri ilə təmin edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.